İrana tətbiq edilən sanksiyaların ikinci hissəsi bugün qüvvəyə mindi

ABŞ İrana tətbiq etdiyi sanksiyalarının ikinci hissəsini bugün Türkiyə vaxtı ilə saat 08.00-dən tutmuş tətbiq etməyə başladı.

1081355
İrana tətbiq edilən sanksiyaların ikinci hissəsi bugün qüvvəyə mindi

ABŞ İrana tətbiq etdiyi sanksiyalarının ikinci hissəsini bugün Türkiyə vaxtı ilə saat 08.00-dən tutmuş tətbiq etməyə başladı.

Sanksiya, enerji, maliyyə və gəmi nəqliyyatını əhatə edir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bugün qüvvəyə minən sanksiyalar 6 maddədən ibarətdir

Maddələrin başında İranın liman operatorları, yük və gəmiqayırma sektoru dayanır. Sanksiyalar İranın Gəmiçilik xətləri, Cənubi Gəmiçilik xətti və əlaqədar təşkilatlar kimi şirkətləri əhatə edir.

ABŞ sanksiyasının ikinci maddəsi neftlə bağlı əməliyyatlardır. İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla, sanksiyalar İrandan neft, neft məhsulları və ya neft-kimya məhsullarının alınmasına beynəlxalq məhdudiyyət qoyur.

Digər tərəfdən ABŞ-ın Xəzinə naziri Steven Mnuchin verdiyi açıqlamada bugün qüvvəyə  minən sanksiyalar çərçivəsində iranlı daha 700-dən artıq şəxs və qurumun siyahıya əlavə olunacağını bildirib.

Qeyd edəki ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo cümə günü verdiyi bəyanatda İrandan neft idxalını mühüm səviyyədə düşürən ancaq sıfır səviyyəsinə endirməyən 8 ölkəyə neft idxalı üçün müvəqqəti imtiyaz tanınacağını, bu ölkələrin noyabrın 5-i elan ediləcəyini bildirmişdi.

Pompeo sanksiyalarla əlaqəli olaraq Avropa İttifaqına hər hansı imtiyazın olmayacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr