Türkiyə D-8 ölkələrinə “mübadilə palatası” qurmağı təklif etdi

Türkiyə ticarətin milli valyuta üzərindən edilməsi üçün D-8 ölkələrinə “mübadilə palatası” qurulmasını təklif edib.

1080723
Türkiyə D-8 ölkələrinə “mübadilə palatası” qurmağı təklif etdi

  Türkiyə ticarətin milli valyuta üzərindən edilməsi üçün D-8 ölkələrinə “mübadilə palatası” qurulmasını təklif edib.

  D-8 İnkişaf Edən Ölkələr Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Türkiyənin Antalya şəhərində toplantısı keçirildi.  

  Ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu toplantının açılışında çıxış edərək dedi:

  “Türkiyə daha dinamik və beynəlxalq iqtisadi proseslərə daha tez cavab verən D-8 istəyir.

  Bu gün valyuta məzənnələrinin siyasətdən asılı edildiyi bir dövrdə yaşayırıq. Ticarət müharibələri gedir. Buna ən gözəl cavabı öz aramızdakı ticarətdə yerli və milli pulları istifadə edərək verə bilərik.

  Türkiyə Çin, Rusiya, Ukrayna və İranla ticarətini milli valyuta üzərindən yürütməyə hazırlaşır. Başqa ölkələrlə də görüşləri davam etdiririk. Bunu D-8 tərkibində də həyata keçirmək mümkündür. Bu çərçivədə D-8-ə “mübadilə palatası“ qurulmasını təklif edirik”.



Әlaqәli Xәbәrlәr