Şərqi qaradənizdən 124 ölkəyə məhsul ixrac edildi

2018-ci il yanvar-oktyabr aylarında Şərqi Qaradənizdən 124 ölkəyə müxtəlif məhsullar ixrac edilib.

1080389
Şərqi qaradənizdən 124 ölkəyə məhsul ixrac edildi

Şərq Qaradəniz İxracatçılar Birliyinin İdarə heyətinin rəhbəri Saffət Kalyoncunun yazılı açıqlamasında bildirilib ki, ilin ilk 10 ayında Trabzon, Rizə, Artvin və Gümüşxanə şəhərlərindən edilən ixrac həcmi 927 milyon 708 min dollar olub. Ən çox məhsul ixrac edən şəhərlərin başında 746 milyon 476 min dollarla Trabzon iştirak edir. Bu şəhəri sırası ilə 111 milyon 40 min dollarlıq ixrac ilə Rizə, 45 milyon 881 min dollarla Artvin və 24 milyon 309 min dollarla Gümüşxanə izləyib. Məlumata görə ixrac edilən məhsullar başda fındıq və ondan hazırlanmış mǝmulatlar, yaş meyvə, tərəvəz və dağ-mədən məhsulları olub.

Kalyoncunun sözlərinə görə ən çox ixrac reallaşdırılan 5 ölkə isə Rusiya Federasiyası, Almaniya, Gürcüstan, İtaliya və Fransadır.



Әlaqәli Xәbәrlәr