Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci yeri tutur

Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci yerə qalxıb.

1080366
Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci yeri tutur

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi 2018-ci ilan avqust ayına dair təbii qaz sektoru hesabatını açıqladı.

Avqust ayında ən çox təbii qaz idxalı 1 milyard 46 milyon kubmetr ilə Rusiyadan reallaşdı.

Ancaq hesabatda geosiyasi əhvalatlardan asılı təfərruat diqqət cəlb edir.

Belə ki, Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında ikinci yerə qalxıb.

TRT-nin Bakı Nümayəndəliyinin müxbiri Fateh Avanosun xəbərinə görə, 2017-ci ilin avqust ayında Azərbaycanın idxaldakı hissəsi 8 faiz olub və İrandan sonra üçüncü yeri tutub. 2018-ci ilin müvafiq dövründə Türkiyənin təbii qaz idxalında Azərbaycının payının 20 faiz ilə ikinci yerə qalxması diqqətləri cəlb etmişdir.

Qeyd edək ki, Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi ölkələr sırasında 2018-ci ilin may ayınadək İrandan sonra üçüncü yerdə idi. Ancaq İranı hədəf götürən ABŞ sanksiyaları nəticəsində Türkiyə də enerji mənbələrini müxtəlifləşdirməyə üz tutdu.

Türkiyə ilə Azərbaycan arasında artan enerji sahəsindəki əməkdaşlıq bununla da məhdud deyil. İzmir şəhərində açılan "STAR" neftayırma zavodu ilə yanaşı Trans-Anadolu (TANAP) boru kəməri də iki ölkə arasında enerji sektorundakı əməkdaşlığı fərqli sahələrə istiqamətləndirdi.

Azərbaycanın Türkiyəyə qaz idxalında ikinci yerə qalxmasında iki ölkə arasında inkişaf edən strateji əməkdaşlıq və iyun ayının əvvəlində açılan TANAP boru kəmərinin payı böyükdür. İldə 16 milyard kubmetr təbii qaz daşıma tutumana sahib TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12 faizini tək başına ödəyir.

Türkiyənin büdcə kəsirinin əsas səbəbini təşkil edən enerjidə xərcləri azaltmaq üçün müəyyən etdiyi hədəflərin başında enerji mənbələrində müxtəliflik və ehtiyatın təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir.

Türkiyə hazırda Rusiya, Azərbaycan, İrandan başqa Əlcəzair, Qətər və ABŞ-dan da mayeləşdirilmiş qaz idxal edir.

Türkiyə “Fateh” dərin qazma gəmisilə Aralıq dənizində başlatdığı mayeləşdirilmiş təbii qaz istehsalında da addımlar atmağa hazırlaşır.



Әlaqәli Xәbәrlәr