Küveyt və Çin neft müqaviləsi imzaladı

Küveyt informasiya agentliyi KUNA-nın məlumatına görə...

1078367
Küveyt və Çin neft müqaviləsi imzaladı

  Küveyt neft şirkəti KPC ilə Çinin “Rongsheng” neft emalı zavodu arasında neft müqaviləsi imzalandı.

  Küveyt informasiya agentliyi KUNA-nın məlumatına görə, “KPC marketinq rəsmisi Vəlid əl-Bədr bildirib ki, Çinin özəl sektorundan olan bir zavodla Küveyt ilk dəfə müqavilə imzaladı. Artıq Çinin “Rongsheng” neft emalı zavoduna xam neft tədarükü təmin ediləcək.”

  Küveytdə infrastruktur, rabitə və maliyyə sahələrində 80 ayrı-ayrı layihə üzrə Çinin 40 şirkəti var.

  İki ölkə həmçinin Çinin Quanqdonq (Guangdong) vilayətində 9 milyard dollar dəyərli neft emalı zavodu və neft-kimya kompleksini əhatə edən birgə layihə həyata keçirir.

  Rəsmi məlumatlara görə, 2017-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət həcmi 12 milyard dollara çatıb.



Әlaqәli Xәbәrlәr