"Gürcüstan-Türkiyə kənd təsərrüfatı əməkdaşlığını artırmaq istəyirik", Giorgi Kobulia

Giorgi Kobulia İstanbulda Türkiyənin Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli ilə görüşüb.

1079068
"Gürcüstan-Türkiyə kənd təsərrüfatı əməkdaşlığını artırmaq istəyirik", Giorgi Kobulia

  Türkiyədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia ölkənin Kənd Təsərrüfatı naziri Bekir Pakdemirli ilə görüşüb.

  Söhbət zamanı Gürcüstan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsussilə, Gürcüstandan Türkiyəyə ət ixracının artırılması müzakirə olunub.

  Giorgi Kobulia deyib: "Türkiyənin Kənd Təsərrüfatı naziri artıq tapşırıq verib ki, Gürcüstana komissiya göndərilsin və aparıcı yerli ət kompinatlarının sanitar qaydaları ilə tanış olunsun.

  İnanırıq ki, bu iş uğurlu nəticə verəcək və Gürcüstandan Türkiyəyə ət ixracını artıra biləcəyik. 

  Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi ilə bal ixracatı barədə də danışdıq. Fındıq istehsalına investisiyanın cəlb edilməsini müzakirə etdik. Yəqin ki, Türkiyə ilə kənd təsərrüfatı əlaqələrimizi genişlndirə biləcəyik."

  Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia İstanbulda yeni beynəlxalq aeroportun açılışında iştirak edib. 



Әlaqәli Xәbәrlәr