Türkiyənin "Fateh" yerli qazma gəmisi Aralıq dənizində

Türkiyənin yerli qazma gəmisi "Fateh" Aralıq dənizində ilk qazma işi üçün hərəkət edib.

1078312
Türkiyənin "Fateh" yerli qazma gəmisi Aralıq dənizində
fatih sondaj gemisi1.jpg
fatih donmez sondaj gemisi.jpg

Türkiyənin yerli qazma gəmisi "Fateh" Aralıq dənizində ilk qazma işi üçün hərəkət edib.  

Enerji və Təbbi Sərvətlər naziri Fateh Dönməz "Fateh" gəmisinin aparacağı ilk dərin dəniz qazma işi üçün keçirilən mərasimdə çıxış edib.

Türkiyənin tarixində bir ilk yaşandığını qeyd edən nazir deyib ki, "Fateh" gəmimizlə uzun zamandır əmək sərf etdiyimiz enerjidə yerli olma həmləsinin ən böyük addımını ataraq, ilk dəfə öz gəmimizlə dərin dənizdə qazma işini görürük. Daha əvvəl Barbaros Xeyrəddin Paşa gəmisilə seysmik araşdırmalar aparıldı və mütəxəssislər analizləri təqdim etdilər. Bunun nəticəsində qərar verilən “Alanya-1” quyusu ilə fəaliyyətlər start götürür. Enerji tədarükündə təhlükəsizliyimizi artıracaq bu addımın xeyirli olmasını diləyirəm.

Nazir "Fateh" gəmisinin 6-cı nəsil yüksək səviyyəli texnologiyaya sahib gəmi olduğunu və fəal yerləşdirmə sistemi sayəsində 6 metr hündürlükdəki dalğa boyunda belə sabit qalaraq fəaliyyətlərini davam etdirə bildiyini bildirb.

Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz bütün əməliyyatların beynəlxalq əsaslara uyğun həyata keçiriləcəyini, qazma fəaliyyətləri zamanı ətraf-mühitə, dəniz həyatına və canlılara heç bir zərər verməyən ekologiya dostu texnologiyadan istifadə ediləcəyini söyləyib.   

Dönməz ilk qazma işinin 150 günə yaxın olaraq planlaşdırıldığını bildirərək, hədəflərinin bu qazma gəmisilə ildə orta hesabla 2 neft quyusu açmaq olduğunu qeyd edib.

Nazir "Fateh" gəmisinə dəniz qüvvələri və sahil mühafizə xidmətinin müşayiət etdiyinə diqqət çəkərək “Hər hansı təhlükəsizlik riski yoxdur, amma narahat edən olsa dəniz qüvvələrimiz lazım olanı yerinə yetirəcəkdir” deyə bildirib.



Әlaqәli Xәbәrlәr