"ABŞ İran neftinin qarşısını aldıqca, neftin qiyməti qalxır", İ.Cahangiri

İran Milli Səhiyyə Sığortası Günü münasibətlə paytaxt Tehranda təşkil edilən bir tədbirdə çıxış edən İ.Cahangiri ABŞ-ın İrana qarşı sanksiyaları və ölkəsinin neft ixracına dair bəyanatlar verdi...

1077187
"ABŞ İran neftinin qarşısını aldıqca, neftin qiyməti qalxır", İ.Cahangiri

  İran prezidentinin birinci müavini İshaq Cahangiri Amerika Birləşmiş Ştatlarının (ABŞ) ikinci sanksiya paketinin dövrəyə girməsindən sonra ölkədə gündəlik neft ixracının 1 milyon barrelə düşməsinə baxmayaraq, artan qiymətlərə görə neft gəlirlərində keçən illə müqayisədə hər hansı azalma baş verməyəcəyini bildirdi.

  İran Milli Səhiyyə Sığortası Günü münasibətlə paytaxt Tehranda təşkil edilən bir tədbirdə çıxış edən İ.Cahangiri ABŞ-ın İrana qarşı sanksiyaları və ölkəsinin neft ixracına dair bəyanatlar verdi:

  “Ötən aylarda gündəlik 2 milyon 500 min barrel neft ixrac edən İranda baş verən son proseslərdən sonra neft ixracatı bir neçə min barel azalıb. Ölkənin neft ixracı 1 milyon barreldən aşağı düşməməlidir. Amma bu gün yaradılan atmosferdə neft qiymətləri artıb. Buna görə 1 milyon barrel neft ixrac etsək də, əvvəlki illərdəki kimi eyni gəliri əldə edirik.

  ABŞ-ın qiymətlərin qalxmaması üçün İran neftilə əlaqədar yaranan boşluğun Səudiyyə Ərəbistanı və digər ölkələrin hesabına kompensasiya olunacağı iddiası quru təbliğatdır. 30 dollar olan bir barrel neft 80 dollardan artıq olub.  

  ABŞ İran neftinin qarşısını tam alsa neftin bir barrelinin qiyməti 100 dolları keçər.   

 Yəqin ki, ABŞ-ın 5 noyabrdan tətbiq edəcəyi sanksiyaların ikinci paketi də bizə çox təsir etməyəcək. İranın neft ixracatı gün-gündən endirilsə də, hazırda ölkədə 100 milyard dollar valyuta ehtiyatı var.”

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 8 mayda nüvə müqaviləsindən geri çəkildiyini bildirmiş, İranın ABŞ dolları əldə etməsini əngəlləmiş, dövlət istiqrazı satması, qızıl və digər qiymətli metallar - polad, alüminium, kömürlə ticarət etməsi, təyyarə və hissələrini idxal etməsini əngəlləyən sanksiya paketini 7 avqustda rəsmən həyata keçirmişdi.

  Qeyd edək ki, İranda Cənubi Pars qaz sahəsində İran hökuməti 4 milyard 200 milyon avroluq investisiya müqaviləsinə imza atan “Total”, Avropa avtomobil istehsalçıları “Peugeot”, “Renault” və “Citroen”, Almaniyanın “Simens”, Rusiyanın dəmir-polad istehsalçıları “MMK” və “Severstal”, dünyanın ən böyük üçüncü konteyner sahibi “CMA CGM” şirkəti, ABŞ-ın təyyarə istehsalçısı “Boeing” və “Airbus” şirkətləri sanksiyalarla əlaqədar bu ölkədəki fəaliyyətlərini başa vurmuş, müqavilələri ləğv etmişlər.

  ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi 180 günlük müddət bitdikdən sonra - 5 noyabrda dövrəyə girəcək. Bu tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər gətiriləcək, iqtisadiyyatının söykəndiyi neft və qaz  məhsullarının satışına sanksiyalar tətbiq olunacaq.



Әlaqәli Xәbәrlәr