Azərbaycan neft şirkətinin rəsmi nümayəndələri Gürcüstanda

“SOCAR Energy Georgia” ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

1075513
Azərbaycan neft şirkətinin rəsmi nümayəndələri Gürcüstanda

  “SOCAR Energy Georgia” ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

  Gürcüstanda 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının SOCAR dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər Gürcüstanda səfərdə olublar.

  R.Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia ilə bir araya gəlib. Görüş çərçivəsində “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia arasında əməkdaşlıq memorandumu imzalanıb.

  Memorandumda Gürcüstanda sosial-iqtisadi inkişafa kömək, yüksək dağlıq rayonlarda həyat səviyyəsini yaxşılaşdırılmaq, turizmin inkişafına dəstək və digər sahələrin inkişaf etdirilməsilə bağlı əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulub.

  Tədbirdə Gürcüstanın ali məktəblərində təhsil alan və ölkə vətəndaşı olan azərbaycanlı tələbələrin təhsil haqlarının ödənilməsi və onlara təqaüdlərin verilməsi məsələləri də müzakirə olunub.

  Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

  R.Abdullayev və digər rəsmi şəxslər azərbaycanlıların kompakt yaşadığı Marneulidə (Borçalı) də ziyalılarla görüşüb. O, azərbaycanlıların sosial rifah halı ilə yaxından maraqlanıb, problemlərini dinləyib, həlli yolları barədə müzakirə aparıb və tədbir iştirakçılarının suallarını cavablandırılıb. 



Әlaqәli Xәbәrlәr