Misir İordaniyaya qaz idxalını yenidən başlayır

Misir Neft Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1073484
Misir İordaniyaya qaz idxalını yenidən başlayır

  Misir və İordaniya rəsmiləri, başda qaz olmaqla, birgə enerji layihələrində əməkdaşlığı artırmaqla bağlı fikir birliyinə gəldi.

  Misir Neft Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “Misirin Neft naziri Tarıq əl-Molla İordaniyanın paytaxtı Ammanda ölkənin baş naziri Ömər er-Rezazla bir araya gəldi. Görüşdə energetika sahəsi və xüsusilə, qaz layihələrində əməkdaşlığın artırılması barədə razılıq əldə edildi. İordaniya baş naziri "Misir mütəxəssislərinin təcrübələrindən istifadə etmək bizim üçün son dərəcə əhəmiyyətlidir” sözlərini dilə gətirdi”.

  Qeyd edək ki, iki ölkənin rəsmiləri oktyabrın 21-də neft və qaz istehsalı sahəsində təcrübə təminatı, texnologiya transferi və təlim sahələrində əməkdaşlığa dair protokola imza atıb. Misir Neft Nazirliyi 2019-cu ildə İordaniyaya qaz ixracına başlanacağını bildirib, lakin sövq ediləcək qazın miqdarı haqqında ayrıntılı məlumat verməyib.

  Xatrıladaq ki, İordaniyaya 2004-2012-ci illərdə gündə 250 milyon kubmetr qaz ixrac edən Misir 2012-ci ildə boru xətlərinə edilən bombalı hücumlardan sonra bu işi dayandırmışdı.



Әlaqәli Xәbәrlәr