Avropa İttifaqı ilə Sinqapur arasında əməkdaşlıq

Avropa İttifaqına (Aİ) üzv ölkələr, Sinqapurla azad ticarət və investisiya sazişlərin imzalanmasını nəzərdə tutan qərarı təsdiq etdilər.

1069154
Avropa İttifaqı ilə Sinqapur arasında əməkdaşlıq

Bu barədə Avropa İttifaqı Xarici İşlər Şurasının Lüksemburqda keçirilən yığıncağından yayılan məlumatda bildirilir ki, Aİ ilə Sinqapur arasında azad ticarət razılaşması  və investisiya qorunmasına dair müqavilə imzalanması qərarına gəlinib. Razılaşma 19 oktyabrda Belçikanın Brüssel şəhərində keçiriləcək 12-ci Asiya-Avropa toplantısında (ASEM) imzalanacaq.

Sərbəst Bazar razılaşmasıyla məhsul kateqoriyalarına görə gömrük rüsumları 3 ilə 5 il arasında ləğv ediləcək

 Aİ Şurası və Avropa Parlamenti tərəfindən sazişin təsdiqi, qüvvəyə minməsi üçün kifayətdir.

Qeyd edək ki, 2017-ci ildə Aİ ilə Sinqapur arasında ticarət həcmi 53.3 milyard avro olub. Həmin dövrdə Aİ Sinqapura 33,16 milyard avro, Sinqapur isə Avropa İttifaqına 20,14 milyard avro ixrac reallaşdırıb.

 



Әlaqәli Xәbәrlәr