ABŞ xarici investisiyalara yeni məhdudiyyətlər gətirdi

Amerika Birləşmiş Ştatlarının Xəzinə Nazirliyindən verilən açıqlamada bildirilir ki...

1066499
ABŞ xarici investisiyalara yeni məhdudiyyətlər gətirdi

  ABŞ Amerika texnologiyalarını qorumaq üçün xarici investisiyalara yeni məhdudiyyətlər gətirdiyini açıqladı.

  Amerika Birləşmiş Ştatlarının Xəzinə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Xarici İnvestisiya Risklərini Qiymətləndirmə və Modernləşdirmə Qanunu (FİRRMA) çərçivəsindəki ilk aktlar 10 noyabr 2018-ci il tarixindən qüvvəyə minəcək.

  Ölkənin milli təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən texnologiyaların ələ keçirilməsinin qarşısını almağı hədəfləyən yeni aktlara görə, xarici investorların təyyarə, kompüter, idarə olunan raket, tank, neft-kimya maddələri, yarımkeçiricilər, turbin, optik cihaz və linzalar kimi 27 sənayeni maraqlandıran bütün investisiya fəaliyyətlərinin ABŞ Xarici İnvestisiya Komitəsinə bildirilməsini məcburi olacaq.

  Sözügedən qanun aktlarını FİRRMA təklif edib, avqust ayında ABŞ Konqresindən keçib və prezident Donald Tramp tərəfindən imzalanıb. Kağız üzərində hər hansı bir ölkəni hədəfə almayan FİRRMA əslində bunu Çin şirkətlərinin son illər sürətlə artan texnologiya investisiyalarının ABŞ-ın bu sahədəki üstünlüyünü itirməsinə yol aça biləcəyi həyəcanı ilə hazırlanıb.

  İqtisadiyyat üzrə tədqiqat və məsləhət şirkəti “Rhodium Group”un banklardan topladığı məlumata görə, Çin şirkətləri tərəfindən ABŞ-da 2005-2017-ci illərdə qoyulan ümumi investisiya 171 milyard dollara çatıb. Bu sərmayələrin təxminən 60 milyard dolları informasiya texnologiyaları, kommunikasiya, avtomobil, aviasiya və tibb sahəsində fəaliyyət göstərən şirkətlərə keçirilib.



Әlaqәli Xәbәrlәr