"İnternet nəhənglərinə gəlirlərinə görə vergi üçün bir çarə tapacağıq", B.Meir

Fransanın İqtisadiyyat naziri Bruno le Meir (Maire) internet nəhənglərinə Avropa İttifaqı (Aİ) üzvü olan ölkələrdə əldə etdikləri gəlirə görə vergi qoyulmasına dair Almaniya ilə il sonuna qədər bir çarə tapacaqlarını bildirib.

1064945
"İnternet nəhənglərinə gəlirlərinə görə vergi üçün bir çarə tapacağıq", B.Meir

  Fransanın “Europe 1” radiosuna verdiyi məlumatda le Maire, xüsusilə, “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi şirkətlərinə Aİ üzvü olan ölkələrdə əldə etdikləri gəlir üzərindən vergi qoyulması üçün, Almaniya kanslerinin müavini və Maliyyə naziri Olaf Scholzun da dediyi kimi, birlikdə il sonuna qədər bir həll tapacaqları barədə razılaşdıqlarını söyləyib. O, bu məsələnin yeni Avropa büdcəsi məsələsindən daha təcili olduğunu diqqətə çatdırıb.

  Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron 2017-ci ilin sentyabrında bir çıxışında beynəlxalq internet şirkətlərinin Aİ üzvü olan ölkələrdə əldə etdikləri gəlirə görə vergiləndirilməsi lazım olduğuna işarə edərək demişdi: "Oyunun qaydalarına uyğun gəlməyən internet nəhənglərilə bağlı daha tədbirlər görəcəyik".  



Әlaqәli Xәbәrlәr