Hava yolunda sərnişin sayı 9 ayda 164 milyona çıxdı

Türkiyə miqyasında ilin ilk 9 ayında hava yolu hərəkəti keçən ilin müqavif dövrü ilə müqayisədə 11,4 faiz artaraq 163 milyon 987 min 652-yə çıxdı.

1063087
Hava yolunda sərnişin sayı 9 ayda 164 milyona çıxdı

Türkiyə miqyasında ilin ilk 9 ayında hava yolu hərəkəti keçən ilin müqavif dövrü ilə müqayisədə 11,4 faiz artaraq 163 milyon 987 min 652-yə çıxdı.

Dövlət Hava Meydanları İdarəsi Müdirliyi sentyabr ayı ilə əlaqəli təyyarə, sərnişin və yük statistikalarını açıqladı.

Buna görə, sentyabrda hava limanlarına eniş edən və qalxan təyyarə sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə daxili xəttlərdə 5,2 azalma ilə 79 min 813, xarici xəttlərdə isə 7,1 faiz artımla 68 min 9 oldu.

Həmin ayda üst keçid hərəkəti 12,2 faiz artımla 43 min 51 olaraq reallaşdı. Beləliklə hava yolunda xidmət göstərən cəmi təyyarə hərəkəti süt keçidlərlə birlikdə 2,6 faiz artaraq 190 min 873-ə çatdı.

Sentyabrda Türkiyə miqyasında hava limanları daxili xətt sərnişin hərəkəti 2,7 azalma ilə 9 milyon 870 min 47, xarici xəttlərdə isə 12,1  faiz artımla 10 milyon 897 min 477 oldu.

Beləliklə sözügedən ayda birbaşa tranzid sərnişinlərlə birliktə cəmi zərnişin yol hərəkəti keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artımla 20 milyon 785 min 281 olaraq reallaşdı.

Hava limanları yük ( yük, poçt və baqaj) hərəkəti sentyabr ayından daxili xəttlərdə 2,5 faiz azalaraq 90 min 335 ton, xarici xəttlərdə 11 faiz artımla 292 min 224 ton, cəmdə isə 7,4 faiz artımla 382 min 559 tona çatdı.



Әlaqәli Xәbәrlәr