“Türk axını” layihəsinə Avropa da qatıla bilər", S.Lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Türk axını” qaz boru kəməri layihəsinin yalnız Türkiyə-Rusiya deyil, marağı olan Avropa İttifaqı (Aİ) ölkələrinin də iştirakı ilə həyata keçə biləcək bir layihə olduğunu söyləyib.

1062290

  Macarıstanlı həmkarı Piter Siyyarto (Peter Szijjarto) ilə Rusiyanın paytaxtı Moskvada görüşdükdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin enerji sahəsində Aİ ilə Rusiyanın münasibətlərinə yönəlik suallarını cavablandıran S.Lavrov deyib:

  “Avropa İttifaqı ilə Rusiyanın enerji sahəsində sıx iş birliyi olub. Hazırda bu dialoqlar dondurulub. Ukraynanın qaz-nəqliyyat sistemi narahatlıq doğurur. O, tranzit ölkə kimi inamsızlığını ortaya qoyduğu üçün Rusiya enerji firması “Qazprom” avropalı tərəfdaşları ilə “Şimal axını” kəməri qurdu və “Şimal axını-2” qaz boru kəmərinin də tikintisinə başladı. Lazımlı bütün icazələr alınıb. Həmçinin “Türk axını” qaz kəməri də təkcə Rusiya-Türkiyə layihəsi deyil, Avropa İttifaqı ölkələri də iştirak edə bilər."

Әlaqәli Xәbәrlәr