İrana sanksiyalardan sonra Türkiyə və Rusiyada vəziyyət necə olacaq?

Ankara Bilkent Universitetinin Enerji Siyasətləri Araşdırma Mərkəzi (Bilkent EPAM) tərəfindən hazırlanan “İran sanksiyaları və Türkiyə boğazları hesabatı”nda yazılır...

1062305
İrana sanksiyalardan sonra Türkiyə və Rusiyada vəziyyət necə olacaq?

  Amerika Birləşmiş Ştatlarının 4 noyabrdan İran neftinə tətbiq edəcəyi sanksiyalara görə Aralıq dənizi bazarında ortaya çıxacaq sıxıntı bazarı Rusiyanın Ural neftinə yönəldəcəyi və bu vəziyyət İstanbul və Çanaqqala boğazlarındakı dəniz nəqliyyatını artıracağı proqnozlaşdırılır.

  Ankara Bilkent Universitetinin Enerji Siyasətləri Araşdırma Mərkəzi (Bilkent EPAM) tərəfindən hazırlanan “İran sanksiyaları və Türkiyə boğazları hesabatı”nda yazılır:

  “İrana tətbiq ediləcək sanksiyalar və təhvil-təslim proseslərinin təsiri 20 sentyabrdan təsirini göstərməyə başlayıb.

  Amerika Birləşmiş Ştatlarının 4 noyabrdan İran neftinə tətbiq edəcəyi sanksiyalara görə Aralıq dənizi bazarında ortaya çıxacaq sıxıntı bazarı Rusiyanın Ural neftinə yönəldəcək və bu vəziyyət İstanbul və Çanaqqala boğazlarındakı dəniz nəqliyyatını artıracaq.

  Türkiyə boğazlarında artacaq tanker tranziti və təhvil-təslim gecikmələri Aralıq dənizi bazarında emal xərclərini yüksəldəcək. Beləliklə, bazarda neft məhsulları üzərində qiymət təzyiqi də artacaq.

  İrana tətbiq ediləcək sanksiyalardan sonra bazarda yaranacaq təchizat boşluğunun Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC - Organızatıon of Petroleum Exportıng Countrıes) tərəfindən kompensasiya edilməsi gözlənilmir.

  Səudiyyə Ərəbistanı neftini Çinin hakim olduğu Asiya, İraq isə daha çox Avropa və Amerika bazarına göndərir. Bundan başqa, Səudiyyə Ərəbistanı orta və uzun perspektivdə qarşılaşacağı texniki problemlərə görə “qocalmış neft meydanları”nda istehsalını artırmayacağını nəzərdə tutur. İraqın isə Bəsrədəki ixracat həcmi ilə aradakı fərqi bağlana bilməz”.



Әlaqәli Xәbәrlәr