Çinin ən varlı adamı ABŞ-Çin müharibəsinə dair xəbərdarlıq etdi

ABŞ və Çin arasındakı ticarət münaqişəsinin 20 il sürə biləcəyini söyləyən iş adamı deyib...

1061027
Çinin ən varlı adamı ABŞ-Çin müharibəsinə dair xəbərdarlıq etdi

  Dünyanın nəhəng "Alibaba Group" elektron kommersiya şirkətinin qurucusu və Çinin ən varlı adamı Cek Ma (Jack Ma) Amerika Birləşmiş Ştatları və Çin arasındakı ticarət müharibəsindən hər kəsin zərər görə biləcəyinə dair xəbərdarlıq etdi.

  İsveçrenin Cenevrə şəhərində təşkil olunan Dünya Ticarət Təşkilatı seminarında çıxışında ABŞ və Çin arasındakı ticarət münaqişəsinin 20 il sürə biləcəyini söyləyən iş adamı deyib:

  “Ticarətin bitməsilə bəzən döyüşlər başlayır. Ticarət savaşı durduran bir yoldur. Ticarət etimadı inşa etmək üçün bir yoldur. Ticarət bir-birinə savaş açmaq üçün bir silah deyil. İş dünyasının müharibəyə yox, ticarətə ehtiyacı var.”

  Onu da qeyd edək ki, “Alibaba Group”dan ötən ay verilən xəbərə görə, Cek Ma şirkətin idarə heyətinin sədri vəzifəsini 10 sentyabr 2019-cu ildə şirkətin yüksək səviyyəli idarəçisi Daniel Zhanqa təhvil verəcək.  



Әlaqәli Xәbәrlәr