Türkiyə Rusiyadan ilk dəfə rubl ilə buğda alacaq

Rusiyanın “Sovekon” Analitik-İnformasiya mərkəzinin açıqlamasına görə, Türkiyə Rusiyadan rubl ilə 30 min ton yüksək zülallı buğda satın alacaq.

1060756
Türkiyə Rusiyadan ilk dəfə rubl ilə buğda alacaq

Rusiyanın “Sovekon” Analitik-İnformasiya mərkəzinin açıqlamasına görə, Türkiyə Rusiyadan rubl ilə 30 min ton yüksək zülallı buğda satın alacaq.

Buğdanın hər tonuna təxminən 17 min rubl ödənəcəyi bildirilerek, milli valyutalarla ticarət sayəsində tərəflərin pul dəyişikliyi səbəbilə itkilərinin azaldılacağı vurğulanıb.

Qeyd edək ki, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir müddət verdiyi məlumatda Türkiyənin Rusiya kimi mühüm ticarət tərəfdaşları ilə ticarətdə milli pul vahidlərinin istifadəsinin artırılacağını demişdi.

Rusiya prezidenti Vladimir Putin də bunu dəstəkləyərək, ikili ticarətdə milli pul istifadəsinin, xarici amillərin mənfi təsirini minimuma endirəcəyini vurğulamışdı.

Xatırladaq ki, Rusiya cari ilin iyul-sentyabr ayları ərzində Türkiyəyə 1,2 milyon ton taxıl ixrac edib.



Әlaqәli Xәbәrlәr