"Qazprom" "Bosphorus Qaz"dakı səhmlərini satdı

Rusiyanın enerji şirkəti "Qazprom" Türkiyədə fəaliyyət göstərən "Bosphorus Qaz Corporation AŞ"-dəkı 71 faizlik səhmini satdı.

1060089
"Qazprom"  "Bosphorus Qaz"dakı səhmlərini satdı


 "Bosphorus Qaz Corporation AŞ " və "Qazprom"dan verilən məlumata görə, "Qazprom" "Bosphorus Qaz Corporation AŞ" şirkətindəki 71 faizlik səhmini şirkətdə 29  faiz səhmi "Şən Qrupu"na satıb.

Qeyd edək ki, "Qazprom"un 2004-cü ildə səhmdarı olduğu "Bosphorus Qaz Corporation AŞ" Türkiyənin ilk qaz idxal edən və paylayan özəl şirkətlərindən biridir.



Әlaqәli Xәbәrlәr