Türkiyənin Rusiyaya meyvə ixracından 600 milyon dollar gəlir əldə edəcəyi təxmin edilir

"Egey Meyvə-Tərəvəz İxracatçıları Birliyi"ndən verilən məlumatda Egey ixracatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən "World Food Moscow 2018" sərgisində 22 kvadratmetrlik stendlə iştirak etdikləri bildirildi.

1058633

 "Egey Meyvə-Tərəvəz İxracatçıları Birliyi"nin İdarə Heyətinin sədri Hayrettin Uçak Rusiyadan sitrus meyvələri və nara sıx tələb aldıqlarını bildirdi.
 
Uçak Türkiyədən Rusiyaya aparılan  meyvə-tərəvəzin bu ilin yanvar-avqust aylarında 41 faizlik artımla 410 milyon dollardan çox olacağını qeyd etdi

Birliyin meyvə-tərəvəz məhsullarının xarici ticarətdəki mövqeyini gücləndirmək üçün 21-25 oktyabr 2018-ci il tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək SIAL Paris sərgisində iştirak edəcəyi bildirildi.

 "Egey Mey və Tərəvəz İxracatçıları Birliyi"nin  bu il iştirak edəcəyi son sərginin isə 13-15 noyabr 2018-ci il tarixlərində Çinin Şanxay şəhərində təşkil ediləcək FHC China Sərgisi olacağı barədə məlumat verildi.

Әlaqәli Xәbәrlәr