Bərat Albayraq: “Yeni İqtisadiyyat Proqramı ilə yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik"

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq Yeni İqtisadiyyat Proqramında 2019-cü ilə aid böyümə təxminini 2.3 %, inflyasiya hədəfini isə 15.9 % olaraq açıqladı.

1053334
Bərat Albayraq: “Yeni İqtisadiyyat Proqramı ilə yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik"

Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayraq Prezident Aparatı Dolmabaxça İş Ofisində Yeni İqtisadiyyat Proqramını dəyərləndirdi.

Albayraq: “Yeni iqtisadiyyat proqramımızı tərtib edərkən yeni müvəffəqiyyət hekayəmizi yazmağı hədəflədik” dedi.

Xəzinə və Maliyyə naziri Yeni İqtisadiyyat Proqramının üç ana təməl - tarazlaşdırma, intizam və dəyişim üzərində qurulduğunu bildirdi.

Nazir proqram hədəflərinin müəyyənləşdirilməsində ölkənin reallığının nəzərə alındığını qeyd etdi və proqramın iqtisadi rəhbərliyin operativ qərar qəbul etmə gücü ilə qarşıdakı 3 ildə həyata keçəcəyini söylədi.

Yeni İqtisadiyyat Proqramında böyümə hədəfləri 2018-ci il üçn 3.8, 2019-cu il üçün 2.3%,  2020-ci il üçün 3.5 % və 2021-ci il üçün 5% olaraq müəyyən olunub.

Büdcə kəsirinin Ümumi Daxili Məhsula nisbəti hədəfi isə, 2018 üçün 1,9%, 2019-ci il üçün 1,8%, 2020-ci il üçün 1,9 faiz, 2021 üçün 1,7 faiz olub.

 Yeni İqtisadiyyat Proqramında inflyasiya hədəfləri  2018 üçün 20,8%, 2019-ci il üçün 15,9%, 2020-ci il üçün 9,8 %, 2021-ci il üçün 6,0 % olub.

 İşsizlik nisbəti hədəfləri  2018-ci il üçün 11,3%, 2019-ci il üçün 12,1%, 2020-ci il üçün 11,9 f%, 2021-ci il üçün 10,8 % olub.



Әlaqәli Xәbәrlәr