“Türk axını” Macarıstana qədər uzana bilər”, V.Putin

Macarıstanın baş naziri Viktor Orbanla Moskvada olan görüşündən sonra keçirilən mətbuat konfransında V.Putin deyib...

1052880
“Türk axını” Macarıstana qədər uzana bilər”, V.Putin

  Rusiya prezidenti Vladimir Putin inşası davam edən “Türk axını” qaz boru kəmərinin Macarıstana qədər gedə biləcəyini deyib.

  Macarıstanın baş naziri Viktor Orbanla Moskvada olan görüşündən sonra keçirilən mətbuat konfransında V.Putin deyib: “Rusiya qazı Macarıstan ərazilərindən keçərək Avropaya çata bilər. Macar torpaqlarında yeraltı anbarlar tələbatın ən üst səviyyəsinə çıxıb ki, bu da Avropa istehlakçılarına təhlükəsiz və fasiləsiz qaz tədarükünə təminat yaradır. Macar tərəfdaşlarımızı Rusiya qazını Avropaya daşıyan yeni marşruta daxiletmə imkanlarını müzakirə edirik. “Türk axını” tamamlandıqdan sonra bu kəmərin qollarından biri Macarıstandan keçə bilər… Enerji iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətli bir sahəsidir. Rusiya Macarıstanın istehlak etdiyi neftin 75, qazın isə 60 faizini tədarük edir”.

  Mətbuat konfransında Macarıstanın baş naziri Viktor Orban da çıxış edərək bu sözləri söyləyib: “2019-cu ildə başa çatacaq mövcud müqaviləni 2020-ci ilədək uzatmaq üçün Rusiya ilə razılıq əldə etdik. Macarıstanın cənub bölgəsindən Macarıstana doğru inşa edilən qaz xəttinin ərazilərimizdən keçməsini istəyirik. Bu, Macarıstan üçün gözəl bir imkan olacaq.”

  Qeyd edək ki, “Türk axını” qaz kəməri layihəsi 2019-cu ilin dekabrında fəaliyyətə başlaması nəzərdə tutulur. Boru kəmərinin dənizdəki hissəsi Rusiyanın Anapa şəhərindən Türkiyənin Kıyıköy sahilinədək Qara dəniz boyunca təxminən 930 kilometrdir. Layihənin dəniz hissəsinin tikintisi Rusiyanın “Qazprom”un iştirakıyla “South Stream Transport B.V.” şirkəti tərəfindən həyata keçirilir.



Әlaqәli Xәbәrlәr