Bu ssenari gerçəkləşərsə, İngiltərə iqtisadiyyatına zərbə dəyər

Beynəlxalq Kredit Ddərəcələrini Müəyyənləşdirmə Agentliyi  - “Moody's” bildirib.

1049045
Bu ssenari gerçəkləşərsə, İngiltərə iqtisadiyyatına zərbə dəyər

  Beynəlxalq Kredit Ddərəcələrini Müəyyənləşdirmə Agentliyi  - “Moody's” Böyük Britaniyanın Avropa İttifaqından müqaviləsiz ayrılmasının İngiltərə iqtisadiyyatına zərər verəcəyini bildirib.

  Agentlikdən verilən məlumata görə, Britaniya Aİ-dən hər hansı bir müqavilə olmadan ayrılarsa, bu ssenarinin gerçəkləşməsi İngiltərə iqtisadiyyatına zərər vurar. Çünki müqaviləsiz ayrılma İngiltərədə müxtəlif sektorlardakı borcalanların kredit götürməsinə mənfi təsir göstərə, ölkənin maliyyə və təşkilati gücünə zərbə vura, milli pul itkisinə səbəb ola, inflyasiyanı yüksəldə, real gəlirlər üzərində təzyiqi artıra, gömrük əməliyyatı və tənzimləmələrində, o cümlədən, avtomobil, aviasiya və kimya sektorlarında problem yarada bilər.



Әlaqәli Xәbәrlәr