Londonda Türk Ticarət Mərkəzinin açılışı oldu

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan İngiltərənin paytaxtı Londonda Türk Ticarət Mərkəzinin (TTM) açılışını etdi.

1048458
Londonda Türk Ticarət Mərkəzinin açılışı oldu

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan İngiltərənin paytaxtı Londonda Türk Ticarət Mərkəzinin (TTM) açılışını etdi.
 
Pekcan Türk Ticarət Mərkəzinin xidmət göstərən keramika, tikinti, infrastruktur, memarlıq və dizayn sahələrindəki firmalarının məhsulları barəsində məlumat aldı.
 

 İngiltərədə beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlərin ofislərinin olduğu Clerkenwell səmtində yerləşən Türk Ticarət Mərkəzi beş mərtəbəli bir binada, 960 kvadratmetrlik sahədə xidmət göstərir.
 
 Türk Ticarət Mərkəzi 13 firmaya ev sahibliyi edir.
 
 Nazir Pekcan İngiltərəyə ötən gün səfər etmişdi.



Әlaqәli Xәbәrlәr