Termal turizmdə hədəf Rusiyadır

Türkiyədəki termal turizmçilər yay aylarındakı turistləri qış mövsümündə də cəlb etmək üçün Rusiyanı hədəf bazar kimi seçim etdi.

1047417
Termal turizmdə hədəf Rusiyadır
Termal turizm.jpg
termal turizmde sömestir yoğunluğu bekleniyor.jpg
termal turizmde 15 milyar dolar gelir hedefi.jpg
termal su.jpg
Ulqin_Ülgün termal su kaynakları_2.jpg
Termal turizme hazırlanıyor 7.jpg

Türkiyədəki termal turizmçilər yay aylarındakı turistləri qış mövsümündə də cəlb etmək üçün Rusiyanı hədəf bazar kimi seçdi.  

Dəniz, qum və günəş turizmilə yanaşı mədəniyyət zənginliklərilə xarici turistlərin marağına səbəb olan Türkiyə termal turizm həcmilə də ön plana çıxmağı hədəf götürüb.

Yerləşdiyi coğrafi mövqeyinə görə isti su mənbələrinə ev sahibliyi edən Türkiyə yeni objektlərilə termal turizmdə də iddiasını artırır.

2023-cü ildə səhiyyə turizmindən 10 milyard dollar gəlir əldə etməyi hədəf götürən Türk turizmcilər alternativ sahədə ən çox turisti isə termal turizmdən gözləyir.  

Termal Səhiyyə və Turizm Dərnəyinin sədri Yavuz Yılık Türkiyənin termallarını tanış etmək üçün cəhd göstərdiklərini, həmin çərçivədə Rusiyada keçirilən turizm sərgisinə qatıldıqlarını söyləyib.

Rus turistlərin termal turizmdə seçimlərinin Çexiya və Slovakiya olduğunu bildirən Yılık deyib ki, ancaq Şimali Avropadakı təsislər Türkiyədəkilərlə nisbətdə daha bahadır. Ayrıca coğrafiyalarda günəş problemi var. Türkiyənin isə qış aylarında belə bu sahədə problemi yoxdur. Bir də suyun keyfiyyəti çox yaxşıdır. Hazırda Rusiyada termal müalicə almaq üçün 300 min nəfər növbədə gözləyir. Bizdə isə həmin gün müalicə olunmağa başlana bilər.



Әlaqәli Xәbәrlәr