OPEK-in neft gǝliri 28,6% artıb

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin 2017-ci ildə neft ixracından əldə etdikləri gəlir  əvvəlki ilə  müqayisədə  28,6% artaraq 567 milyard dollar  olub.

1038397
OPEK-in neft gǝliri 28,6% artıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Enerji İnformasiya İdarəsinin (EIA)  hesabatına  görə, 2016-cı  ildə  Brent növ  neftin  barelə  görə   qiyməti 43,74 dollar  idi.  2017-ci ildə 54,15 dollara, Müvafiq  dövrlərdə Qərb Texas (WTI) növ xam neftin qiyməti isə 43,33 dollardan 50,79 dollara  çatıb.

Qiymətlərdəki  bu artımlara   görə   OPEC ölkələrinin neft gəlirləri bir əvvəlki ilə  müqayisədə  28,6% artaraq 567 milyard dollara  yüksəlib. 2016-ci ildə  toplam   ixrac  həcmi   441 milyard dollar  idi.

EIA-nın   proqnozuna  görə  OPEC ölkələrinin   2018-ci  ildə   neft ixracından   əldə  edəcəkləri  gəlir  736 milyard, 2019-cu  ildə   isə  719 milyard dollar olacaq.

Qeyd  edək  ki,  OPEC-in ən çox  neft  hasillatçısı  və dünyanın ən çox xam neft ixrac edən ölkəsi mövqeyində olan Səudiyyə Ərəbistanı, keçən il OPEC üzvləri arasında ən çox gəlir əldə edən ölkə olub. 2016-cı  ildə   134 milyard dollarlıq   neft  ixrac edən  Səudiyyə  Ərəbistanı,  2017-ci  ildə    24,6% artımla 167 milyard  reallaşdırıb. Bu  da  OPEC  üzvü  ölkələrin   toplam  gəlirinin  29.7%-ni  təşkil  edir. Bu  ölkəni  isə  İraq  izləyib.  İraq 2016da 53 milyard, 2017də 69 milyard dollar gəlir əldə  edib. İran və Birləşmiş Ərəb Əmirlikləri isə üçüncü yeri  tutublar.



Әlaqәli Xәbәrlәr