Dünyada xam polad istehsalının 7 aylıq statistikası

Dünyada xam polad istehsalı 2018-ci ilin iyul ayında keçən ilin eyni vaxtıyla müqayisədə 5,8 faiz artaraq 154,6 milyon tona çatıb.

1038602
Dünyada xam polad istehsalının 7 aylıq statistikası

   Polad istehsalının 85 faizini təmsil edən Dünya Polad İttifaqı (WorldSteel) iyul ayına dair polad istehsalı rəqəmlərini açıqlayıb: ümumi istifadə nisbəti əvvəlki aya görə 1,4 faiz azalıb, xal artımı isə 3,8 faiz artaraq 77,5 faiz olub.

  Polad istehsalı yanvar-iyul ayları içərisində 5 faiz artaraq 1 milyard 38 milyon tona çatıb. Sözügedən aylarda Türkiyənin xam polad istehsalı 2,3 faiz azalaraq 3 milyon 266 min tona düşüb, 7 aylıq istehsalı isə 2,8 faiz artaraq 22 milyon 159 min ton olub.

  Dünyanın ən böyük polad istehsalçısı olan Çinin xam polad istehsalı iyulda 7,2 faiz artaraq 81,2 milyon tona çatıb. Ölkənin 7 aylıq istehsalı 6,3 faiz artaraq 532 milyon 846 min tona yüksəlib və dünya xam polad istehsalının yarısını keçmiş sayılıb.

  İyul ayında dünyanın 3-cü böyük iqtisadi ölkəsi olan Yaponiyanın xam polad istehsalı 2 faiz azalaraq 8 milyon 420 min ton, Hindistanınki isə 8 faiz artımla 9 milyon tonu təşkil edib. Eyni ayda Avropanın ən böyük polad istehsalçısı olan Almaniyada istehsal 10,9 faiz artımla 3,90 milyon tona və Rusiyanın isə 0,8 faiz artaraq 6,17 milyon tona yüksəlib. Amerika Birləşmiş Ştatlarının istehsalı 4,5 faiz artımla 7,27 milyon ton və Braziliyanın 6,7 faiz artımla 3,02 milyon ton olub.



Әlaqәli Xәbәrlәr