İran yenidən İraq, Pakistan və Əfqanıstana elektrik verməyə başladı

İranın Energetika naziri Rza Ərdəkaniyan İraqa yenidən elektrik ixrac etməyə başladıqlarını açıqladı.

1037570
İran yenidən İraq, Pakistan və Əfqanıstana elektrik verməyə başladı

   İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, qonşu ölkələrdən İraq, Pakistan və Əfqanıstana yenidən elektrik verməyə başladıqlarını bildirən R.Ərdəkaniyan deyib: “Müqavilələrimizin maddələri düzgün həyata keçirildiyi üçün enerji ixracını davam etdirməyə qərar verdik. Rəsmi Bağdad ödəmələrin bir hissəsini etdi və biz də İraqın toplanan enerji tələbatını sürətlə yerinə yetirməyə çalışırıq. İxracla yanaşı, ehtiyac olarsa, Türkmənistan və Ermənistandan da enerji idxal edə bilərik.”

  Xatırladaq ki, Rza Ərdəkaniyan iyulun 6-də verdiyi bəyanatda İrandakı enerji problemlərilə əlaqədar Pakistan, Əfqanıstan və İraqa elektrik ixracını dayandırdıqlarını, 18 avqustda borc ödənildikdən sonra isə ixraca davam edəcəklərini söyləmişdi.



Әlaqәli Xәbәrlәr