Dünya bazarında neftin qiyməti 2 faizdən çox artdı

Qlobal bazarda neftin qiyməti 2 faizdən çox artıb.

1037499
Dünya bazarında neftin qiyməti 2 faizdən çox artdı

  Beynəlxalq bazarda ən geniş istifadə edilən “London Brent” xam neftinin barrel qiyməti avqustun 24-də 74,73, ayın 25-ində isə 2,2 faiz artmaqla 76,40 dollara qalxıb. Beləliklə, “London Brent” xam neftinin barrel qiyməti iyulun 11-dən bu yana ən yüksək qiymətinə çatıb.

  Amerika Birləşmiş Ştatlarının “Qərbi Texas” (WTI) xam neftinin barrel qiyməti isə 67,83-dən 2,2 faiz artmaqla 69,31 dollara yüksəlib. Beləliklə, WTI tipli xam neft də 8 avqustdan bu günə qədər ən yüksək qiymətini görüb.

  Mütəxəssislər hesab edir ki, dünyanın ən böyük xam neft istehlakçısı olan ABŞ-da yay mövsümündə benzin və qaz istehlakı artdığına görə tələb də yüksələrək neft qiymətlərini artırıb.



Әlaqәli Xәbәrlәr