Çindən Türkiyəyə turist axını

Türkiyəyə bu ilin ilk ayında gələn çinli turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisdə 91 faiz artaraq 191 minə çıxdı.

1033607
Çindən Türkiyəyə turist axını

Türkiyəyə bu ilin ilk ayında gələn çinli turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisdə 91 faiz artaraq 191 minə çıxdı.

Təbii gözəlliklərilə yanaşı mədəniyyət xəzinələrilə də maraq doğuran Türkiyəyə son dövrdə xeyli sayda turist gəlir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, 2018-ci ilin ilk yarısında 18 milyon 917 min turistin seçimi Türkiyə olub.

2 milyon 378 min turistlə xarici turistlər sırasında birinci yerdə ruslar, ikinci yerdə almanlar və iranlılar olub.

Türkiyənin mədəniyyət xəzinələrinə maraq duyan çinli turistlərin sayı isə bu ilin ilk 6 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə  91 faiz artaraq 191 minə çatdı. Çinli turist sayındakı bu artımda ölkədəki təqdimatlarla yanaşı sənətçi Xiao Zhangın Türkiyəni mövzu götürən mahnısı öz təsirini göstərdi.

 Çinin məşhur sənətçilərindən Zhangın "Səni romantik Türkiyəyə aparmaq istəyirəm" adlı mahnısının videosu son dövrdə musiqi kanallarında geniş şəkildə yerini aldı. Mahnını tez-tez sosial şəbəkədə paylaşan çinlilər maraqlandıqları Türkiyəyə gəlməyə başladı.

Artan təqdimat fəaliyyətlərindən sonra Türkiyəni seçim edən çinlilər ümumilikdə Pamukkale, Bergama, Efes, Kapadokya kimi tarixi yerləri gəzirlər.

İstanbul isə çinli turistlərin hökmən gəzdikləri yerdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı 100 günlük icraat proqramında Çindən Türkiyəyə gələcək turist sayının artırılması istiqamətindəki əməliyyat planı bu rəqəmlərin daha da artmasına imkan yaradacaq.



Әlaqәli Xәbәrlәr