Livanda Türkiyə lirəsinə dəstək kampaniyaları başladı

Məsələ ilə bağlı açıqlama verən Sayda şəhərindəki Revvad İzçi Dərnəyinin rəsmisi Xani Hariri Türkiyənin iqtisadi hücumlarla zəiflətməyə çalışıldığını bildirərək deyib...

1031640
Livanda Türkiyə lirəsinə dəstək kampaniyaları başladı

  Livanın paytaxtı Beyrutda və Sayda şəhərlərində Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qarşı Türkiyə lirəsinə dəstək kampaniyaları başladı.  

  Məsələ ilə bağlı açıqlama verən Sayda şəhərindəki Revvad İzçi Dərnəyinin rəsmisi Xani Hariri Türkiyənin iqtisadi hücumlarla zəiflətməyə çalışıldığını bildirərək deyib: “Türkiyənin yanındayıq. Bu məqsədlə Türkiyə lirəsinə dəstək kampaniyasına başladıq. Türkiyə iqtisadiyyatını hədəf alan sui-qəsdlərə qarşı başladıq bu kampaniyanı. Bu sadə kampaniyayla ABŞ-dan törədiləm süni böhran qarşısında Türkiyə xalqı ilə həmrəylik içərisində olduğumuzu bildirmək istəyirik. Livan xalzımız da sosial media üzərindən dəstək göstərir.”

  Livanın paytaxtı Beyrutda da bir çox dükan tacirləri "Haqqa dəstək, Türkiyə xalqı ilə həmrəylik" adı altında Türkiyə lirəsi ilə mübadilə edəcək müştərilərə 50 faizə yaxın endirim kampaniyalarına başlayıb.



Әlaqәli Xәbәrlәr