“New York Times” qəzeti: Tramp Dünya Ticarət Təşkilatını böhrana aparır

“New York Times” qəzeti Donald Trampın gömrük vergilərilə əlaqəli Dünya Ticarət Təşkilatının qəbul edəcəyi qərarın yeni maliyyə böhranına səbəb ola biləcəyini yazıb.

1030869

İqtisadi müharibə başladan ABŞ prezidenti Tramp ticarət mallarına gömrük vergisini artırdı, dünya ayağa durdu. 

Trampın təktərəfli olaraq tarifləri artırma qərarı Dünya Ticarət Təşkilatında da narahatlıq doğurdu.

“New York Times” qəzetinin xəbərinə görə, Trampın yeni vergi qərarları təşkilatı böhrana aparır. Tramp polad və alüminiuma tətbiq edilən gömrük vergilərini, milli təhlükəsizlik yaxud da ABŞ-lı metal istehsalçılarını qlobal rəqabətdən xilas etmək üçün dəyişdiyini söyləsə də Kanada, Meksika və Avropa İttifaqı kimi Dünya Ticarət Təşkilatı üzvləri öz metallarının ABŞ-a təhdid olmadığını bildirir.

 Dünya Ticarət Təşkilatı isə qəbul edəcəyi hər qərarın taşkilat daxilində problemə səbəb ola biləcəyindən narahatdır.

Təşkilatda Tramp rəhbərliyinə qarşı qəbul ediləcək hər bir qərarın ABŞ-ın təşkilatdan ayrılmasına səbəb ola biləcəyi kimi, bu ölkə lehinə qəbul ediləcək bir qərar da təşkilatın digər ölkələr üzərində təsirini azaldıb, bu ölkələri təşkilatın normalarından kənara çıxararaq öz milli təhlükəsizlik mənfəətlərini qorumaya apara bilər.

Әlaqәli Xәbәrlәr