"Bugünkü Türkiyə-Pakistan Biznes Forumunun əsas məqsədi budur..." A.Bostan

MÜSİAD-ın Xarici Əlaqələr üzrə vitse-prezidenti Adnan Bostan Pakistan ilə Türkiyə arasında hər zaman könül bağı olduğunu, bu dostluğun ölkələrarası müqavilə və ticarət əlaqələrindən daha önəmli olduğunu söyləyərək deyib...

1030563
"Bugünkü Türkiyə-Pakistan Biznes Forumunun əsas məqsədi budur..." A.Bostan

  Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi - MÜSİAD və Pakistan Sərhəd Ticarət Palatası tərəfdaşlığı ilə Beynəlxalq Münasibətlər və Xarici Ticarət Komissiyası tərəfindən Türkiyə-Pakistan Biznes Forumu keçirildi.

  İstanbulda təşkil olunan Türkiyə-Pakistan Biznes Forumunda iki ölkə arasında ticarət dövriyyəsi və mövcud potensialın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olundu.

  Toplantıda MÜSİAD-ın Xarici Əlaqələr üzrə vitse-prezidenti Adnan Bostan, Beynəlxalq Münasibətlər və Xarici Ticarət Komissiyasının sədri Zəki Güvərcin, MÜSİAD-in 3-cü dövr sədri Ömər Bolat, Pakistan Türkiyədəki səfiri M.Sirus Səccad Qazi, Pakistan və Türkiyə iş adamları və MÜSİAD-in digər üzvləri iştirak edib.

  MÜSİAD-ın Xarici Əlaqələr üzrə vitse-prezidenti Adnan Bostan Pakistan ilə Türkiyə arasında hər zaman könül bağı olduğunu, bu dostluğun ölkələrarası müqavilə və ticarət əlaqələrindən daha önəmli olduğunu söyləyərək deyib: “Pakistan Türkiyənin ən mühüm ticarət tərəfdaşları sırasında yer alır. İki ölkə arasında ticarət həcmi 2011-ci ildə təxminən 1,1 milyard dollarla ən yüksək dərəcəsinə çatmışdı. 2016-cı ildə isə 610,4 milyon dollara qədər gerilədi. Ona görə də Türkiyə ilə Pakistan arasındakı mövcud xarici ticarət dövriyyəsi ölkələrimizin potensialını əks etdirmir. İş adamlarına böyük məsuliyyət düşür. Keçmişdən gələn güclü dostluq münasibətlərimizi effektiv bir şəkildə ticarət əlaqələrimizə əks etdirməliyik. Bugünkü Türkiyə-Pakistan Biznes Forumunun da əsas məqsədi budur".



Әlaqәli Xәbәrlәr