İrana qarşı iqtisadi sanksiyaların ilk hissəsi bugün qüvvəyə mindi

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının ilk hissəsi bugün Türkiyə vaxtı ilə 07.00-dan etibarən qüvvəyə mindi.

1027065
İrana qarşı iqtisadi sanksiyaların ilk hissəsi bugün qüvvəyə mindi

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının ilk hissəsi bugün Türkiyə vaxtı ilə 07.00-dan etibarən qüvvəyə mindi.

Neft ticarətilə əlaqəli embarqo isə noyabr ayında tətbiq olunacaq.

İranın ABŞ dolları əldə etməsini, dövlət istiqrazları satmasını, qızıl və digər qiymətli mədənlər ilə polad, alüminium, kömür kimi metallarla ticarəti və sərnişin təyyarəsi yaxud ehtiyat hissələri idxal etməsinə mane olan sanksiya paketi Vaşinqton saatı ilə 00.00-dan etibarən rəsmi olaraq qüvvəyə mindi.

Həmçinin xarici şirkətlərin İranın avtomobil sektoruna daxil olmasına mane olacaq embarqolar, ölkənin əl istehsalı olan xalça və püstə kimi qida məmullarının ABŞ-a ixracına da embarqo qoyulub.

İranın Əmək naziri Əli Rəbii “embarqolara görə təqribən 1 milyon İranlının işsiz qala biləcəyini” bildirərək ABŞ-ın təktərəfli bu adımının ölkəsinə ciddi maliyətinin olacağını vurğulayıb.

Digər tərəfdən ABŞ rəhbərliyi embarqoları İran ilə ticarətini davam etdirəcək digər ölkələri əhatə edəcək şəkildə tətbiq edəcəyi üçün bu embarqolardan üçüncü ölkələrin də mənfi təsirlənməsi mümkün ola bilər.   



Әlaqәli Xәbәrlәr