İran Mərkəz Bankının rəhbəri Türkiyəni nümunə göstərdi

Valyuta məzənnələrindəki hədsiz artımının qarşısının alınması üçün xalqdan yastıq altındakı pullarını banklara gətirmələrini istəyən İran Mərkəz Bankının rəhbəri Əbdünnasir Hümməti bu mövzuda Türkiyə xalqını nümunə göstərdi.

1026995
İran Mərkəz Bankının rəhbəri Türkiyəni nümunə göstərdi

  Sabit valyuta məzənnəsi sistemindən çoxluq etibarilə imtina edilərək nəzarətli dalğalı məzənnə rejiminə keçiləcəyini dövlət televiziyasından açıqlayan Ə.Hümməti deyib: “Bu tətbiqi həyata keçirmək üçün xalqdan dövlətə yardım etələrini istəyirik. Amerika Birləşmiş Ştatları ilə iqtisadi müharibə ilə qarşı-qarşıyayıq. Dövlətimiz vətəndaşların rahat yaşaması üçün bütün beynəlxalq basqılara qarşı dirənir. Xalqımız da dövlətinə yardımçı olmalı və yastıq altında saxladığı valyutanı banklara qoymalıdır. Baxın, Türkiyə belə vəziyyətlə qarşılaşdığı zaman xalq dollarlarını yandırdı belə".



Әlaqәli Xәbәrlәr