ABŞ Çin məhsullarına gömrük rüsumunu artırıb

ABŞ rəhbərliyi təxminən 200 milyard dollar dəyərindəki Çin məhsullarına tətbiq ediləcək gömrük rüsumunu 10%-dən 25%-ə qaldırdı.

1024486
ABŞ Çin məhsullarına gömrük rüsumunu artırıb

ABŞ-ın Ticarət Nümayəndəsi Robert Lighthizer verdiyi açıqlamada, Prezident Donald Trampın, Çinin, ABŞ-ın tariflərinə cavab tədbirləri gördüyünə görə tətbiq ediləcək 10%-lik tarif nisbətinin 25%-ə qaldırılması göstərişi verdiyini bildirib.
 Təxminən 200 milyard dollarlıq məhsula təsir edəcək bu göstərişə əməl ediləcəyini ifadə edən Lighthizer: “18 İyunda Prezident Tramp mənə, Çinin ABŞ məhsullarına cavab tarifləri tətbiq edərək amerikalı işçilərə, fermerlərə və şirkətlərə daha çox zərər verməsinə ABŞ-ın cavabı olaraq 10 faiz gömrük rüsumu tətbiq ediləcək 200 milyard dollar dəyərindəki Çin məhsullarını müəyyənləşdirmək göstərişi verib. Bu prosesə İyulun 10-da başladım. Prezident Tramp, bu həftə isə nəzərdə tutulan tarif nisbətini 10%-dən 25%-ə yüksəltməyi qiymətləndirməyim istiqamətində göstəriş verib. 25%-lik tarif nisbəti, 10 İyulda açıqlanan məhsullara tətbiq olunacaqdır”.

ABŞ Ticarət Nümayəndəliyinin (USTR), Trampın İyunun 18-də verdiyi sərəncam əsasında hazırladığı 5 min Çin qeydiyyatlı məhsulun olduğu siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzlərə, tütün məmulatlarından avtomobil təkərinə qədər müxtəlif məhsullar iştirak edir.

Tramp rəhbərliyinin bu addımı müzakirələrin yenidən başlaması üçün Pekin hökumətinə qarşı təzyiqi artırmaq üçün aldığı bildirilir.

ABŞ ilə Çin arasında ticarət müharibəsi, Tramp-ın 23 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə rüsum tətbiq etməsi ilə başladı.Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz rüsumlar tətbiq etdi.


 

 



Әlaqәli Xәbәrlәr