“Fiat Chrysler”in başçısı dəyişdi

Şirkətin idarə heyətinin təcili toplantısından sonra verilən açıqlamada bildirilir...

1016930
“Fiat Chrysler”in başçısı dəyişdi

  İtaliyanın avtomobil nəhəngi “Fiat Chrysler”in İdarə Heyətinin sədri Serqio Maçionnenin (Sergio Marchionne) səhhətilə əlaqədar şirkət tərkibində “Jeep” markasını idarə edən Mayk Menli (Mike Manley) onun yerinə gətirilib.

  Şirkətin idarə heyətinin təcili toplantısından sonra verilən açıqlamada bildirilir: “Üç həftə əvvəl İsveçrədə onurğa sümüyü əməliyyatı keçirən 66 yaşlı S.Maçionnenin sağlıq vəziyyətinin nazas olmasıyla əlaqədar heyətin sədrliyinə Mayk Manleyin gətirilməsinə qərar verildi”.

  Qeyd edək ki, 2004-cü ildən “Fiat Chrysler” İdarə Heyətinin sədri olan 66 yaşlı Marçionne şirkəti iflasdan qorumaq üçün Amerika avtomobil nəhəngi “Chrysler”i tərkibə qatması prosesində aparıcı rol oynamışdı. Ona ən yaxın adlardan biri olan Menli isə şirkət tərkibində 2009-cu ildən bu yana “Jeep”, 2015-ci ildən isə “Ram” markalı avtomobillərin istehsalı ilə məşğul idi.



Әlaqәli Xәbәrlәr