Avropada adambaşına ən çox avtomobil düşən ölkələr

Avropa Statistika Mərkəzi (Eurostat) Aİ üzvü 28 ölkənin 2016-cı il üçün avtomobil saylarını müəyyən və dərc edib.

1004273
Avropada adambaşına ən çox avtomobil düşən ölkələr

  Avropa İttifaqında adambaşına ən çox avtomobil düşən ölkə Lüksemburqdur. Burada min nəfərə 662 avtomobil düşür.

  Avropa Statistika Mərkəzi (Eurostat) Aİ üzvü 28 ölkənin 2016-cı il üçün avtomobil saylarını müəyyən və dərc edib. Bu məlumata əsasən, Avropa İttifaqında ən çox avtomobil sayı bu ölkələrdədir:

·        Almaniya (45 milyon 803 min avtomobil),

·        İtaliya (37 milyon 876 min),

·        Fransa (32 milyon 76 min),

·        İngiltərə (30 milyon 850 min),

·        İspaniya (22 milyon 876 min)

·        Polşa (21 milyon 675 min).

  Ən az sayda avtomobil isə

·        Malta (282 min),

·        Cənubi Kipr Respublikası (508 min 284),

·        Latviya (664 min).

  Aİ üzvü olan ölkələr arasında əhaliyə görə motorlu vasitə nisbətinin ən yüksək olduğu ölkə isə Lüksemburqdur. Burada min nəfərə 662 avtomobil düşür. Lüksemburqdan sonra İtaliya, Malta, Finlandiya və Kipr gəlir.

  Avropa İttifaqında əhaliyə görə ən az avtomobil isə Macarıstandadır. Ölkədə min nəfərə 338 avtomobil düşür. Ondan sonra Latviya, Xorvatiya və Slovakiya gəlir.



Әlaqәli Xәbәrlәr