“General Motors”dan ABŞ rəhbərliyinə ciddi xəbərdarlıq

“General Motors”dan ABŞ Ticarət Nazirliyinə göndərilən məktubda D.Trampın keçən həftə Avropadan idxal edilən avtomobillərə 20 faiz əlavə gömrük vergisi mövzusu əks olunub...

1003007
“General Motors”dan ABŞ rəhbərliyinə ciddi xəbərdarlıq

  Amerikanın avtomobil nəhəngi “General Motors” ABŞ prezidenti Donald Trampın Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq edərsə, bunun şirkət üçün daha az investisiya, məşğulluq itkisi və maaşlarda azalma mənasına gələcəyi barədə xəbərdarlıq etdi.

  “General Motors”dan ABŞ Ticarət Nazirliyinə göndərilən məktubda D.Trampın keçən həftə Avropadan idxal edilən avtomobillərə 20 faiz əlavə gömrük vergisi mövzusu əks olunub:

  “Gömrük vergisi ilə əlaqədar artan xərclər istehlakçıların maşınların qiymətlərini bahalaşdırmasına səbəb olacaq və yeni avtomobillərə qarşı tələbat azalacaq. Maşınlara gələn gömrük vergisi “General Motors” tərəfindən qarşılanarsa, bu, şirkətdə daha az investisiya, məşğulluq itkisi və maaşlarda azalma demək olacaq. İnvestisiyanın azaldılması və kiçilən iş gücü ABŞ-ın avtomobil texnologiyaları sahəsindəki liderliyini təhdid edəcək. Yeni gömrük vergiləri “General Motors”un ABŞ və xaricdəki varlığını azaldacaq.

  ABŞ-da təxminən 110 min nəfəri işlə təmin edən “General Motors” 2009-cu ildən bu yana ölkəyə 22 milyard dollardan çox sərmayə qoyub.

  Xatırladaq ki, Donald Tramp 22 iyunda “twitter”dən Avropa İttifaqı ABŞ-a qarşı tarif və ticarət baryerini qaldırmazsa, Avropadan idxal edilən avtomobillərə 20 faiz əlavə gömrük vergisi gətiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr