Türkiyəyə may ayında gələn turist sayında 27 faiz artım qeyde alındı

Türkiyəyə may ayında gələn turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,29 faiz artımla 3 milyon 678 min 440 oldu.

1002710
Türkiyəyə may ayında gələn turist sayında 27 faiz artım qeyde alındı

Türkiyəyə may ayında gələn turist sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,29 faiz artımla 3 milyon 678 min 440 oldu.

Mədəniyyət və Turizm Nazirliyinin internet saytında yer tutan məlumata əsasən, may ayında ölkəmizə gələn turistlərin 38 min 777-si bir günlüyünə gəlib-gedənlərdir.

May ayında xarici turistlərin ölkəmizə ən çox giriş etdiyi sərhəd-keçid məntəqələrinin bağlı olduğu vilayətlər siyahısında Antalya 1 milyon 575 min 613 nəfərlə (%42,83) birinci yerdədir.

2018-ci ilin yanvar-may ayları arasında Türkiyəni ziyarət edən xarici sayı isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,81 faiz artımla 11 milyon 462 min 407 olub.

Türkiyəyə 5 aylıq dövrdə gələn xarici ziyarətçilərin ən çox girix etdikləri sərhəd-keçid məntəqələrinin bağlı olduğu vilayətlər siyahısında İstanbul 4 milyon 880 min 888 nəfərlə (%42,58) birinci yerdədir.

2018-ci il yanvar-may dövründə Türkiyəyə ən çox turist göndərən ölkə siyahısında isə cəmi 1 milyon 388 min 456 nəfərlə (% 12,11) Rusiya birinci yeri tutdu.



Әlaqәli Xәbәrlәr