Rus şirkəti Qazprom Avropaya qaz ixracını rekord miqdarda artırır

Rusiyanın enerji şirkəti Qazpromun rəhbəri Aleksey Miller, Sankt-Peterburq şəhərində təşkil edilmiş mətbuat konfransında Avropaya 2018-in ilk yarısında ötən ilin eyni dövrünə müqayisədə 6%-lik artımla 101 milyard kubmetr qaz satdıqlarını bildirib.

1002606
Rus şirkəti Qazprom Avropaya qaz ixracını rekord miqdarda artırır

Avropanın Rusiya qazına tələbinin müsbət qalması halında 2018-də rekord bir səviyyəyə nail olacaqlarıni ifadə edən Miller, "2018-ci ilin sonuna qədər Avropaya 200 milyard kubmetr qaz təmin edərək rekord səviyyəyə çatmağı hədəfləyirik",- deyib.

Dünyanın ən böyük qaz istehsalçısı olan "Qazprom" Avropanın qaz ehtiyacının təxminən 30%-ni təmin edir. "Qazprom" Avropaya keçən il 194,4 milyard kubmetr təbii qaz ixrac edib.

 



Әlaqәli Xәbәrlәr