D-8 toplantısının 40-cı komissiya iclası İstanbulda keçirildi

İnkişaf etməkdə olan 8 müsəlman ölkəsinin yaratdığı D-8 zirvə toplantısının 40-cı komissiya iclası İstanbulda keçirildi.

1001977
D-8 toplantısının 40-cı komissiya iclası İstanbulda keçirildi

  İnkişaf etməkdə olan 8 müsəlman ölkəsinin yaratdığı D-8 zirvə toplantısının 40-cı komissiya iclası İstanbulda keçirildi.

  Komissiyada iqtisadi əməkdaşlıq müzakirə olunub, münasibətləri inkişaf etdirəcək yol xəritəsi üzərində çalışılıb.

 Üç qitədə inkişaf etməkdə olan 8 ölkənin - Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyanın ümumi əhalisi 2 milyarddır.

 Payızda Antalyada Xarici İşlər Nazirləri Şurasını keçirəcək təşkilatın nümayəndələri İstanbulda bir araya gəlib. Türkiyə tərəfindən Yaxın Şərq və Şimali Afrika üzrə Siyasi İşlər baş direktoru Kərəm Kıratın rəhbərlik etdiyi komissiyada üzv ölkələr konsulluq səviyyəsində təmsil edilib. K.Kırat mövzuya bağlı deyib: "D-8-i 21-ci əsrin sınaqlarına uyğun, həm təmsil etdiyi cəmiyyət, ölkə, məkan, həm də dövrün tələblərinə daha yaxşı cavab verəcək vəziyyətə gətirmək üçün yenidən canlandırmaq istədik.”

  20 ili geridə qoyan D-8-in komissiya iclasının əsas müzakirəsi iqtisadi əməkdaşlıqla bağlı oldu. Eyni zamanda, toplantıda ticarət, sənaye, turizm, kənd təsərrüfatı kimi bir çox məsələ də müzakirə olunub.

  D-8-in baş katibi Datoku Cəfər Ku Şaari deyib: "İnanırıq ki, hazırda müəyyən etmiş olduğumuz yol xəritəsi perspektivimizi daha çox genişləndirəcək. D-8 üçün böyük işlər görəcəyimizə inanırıq. Xüsusilə, cəmlənmiş olduğumuz 6 əsas fəaliyyət məsələsi var”.

 Qeyd edək ki, D-8-in dövri sədrliyi Türkiyədən sonra Banqladeşə keçəcək.  



Әlaqәli Xәbәrlәr