BVF sədri Christine Lagarde: "Üfüqdə qara buludlar görünür"

Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz verdi

991149
BVF sədri Christine Lagarde: "Üfüqdə qara buludlar görünür"

Beynəlxalq Valyuta Fondunun rəhbəri  Christine Lagarde Almaniyanın paytaxtı Berlində keçirilən iqtisadiyyat toplantısında dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz verdi.
 
 Dünya iqtisadiyyatındakı gedişatın hələlik yaxşı olduğunu bildirən Lagarde: "Lakin üfüqdə qara buludlar görünür" dedi.
 
 BVF sədri  ən qaranlıq buludun  ölkələr arasındakı etibarsızlıq olduğunu ifadə etdi.
 
 Dünya Ticarət Təşkilatının Baş direktoru Roberto Azevedo da dünyadakı müsbət hadisələrlə yanaşı bəzi böyük risklərin də ortaya çıxa biləcəyi barədə xəbərdarlıq etdi.



Әlaqәli Xәbәrlәr