Türk lirəsi dollara nisbətdə ən çox dəyər qazanan pul vahidi oldu

Türkiyənin Gömrük və Ticarət naziri Bülənd Tüfenkci Malatyada jurnalistlərə verdiyi açıqlamada Türkiyə üzərində iqtisadi əməliyyatların aparıldığını bildirdi.

989618

 Bu əməliyyatlara qarşı  bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayan Tüfenkci:"Dolların da, avronun da yüksəliş istiqamətini dəyişməyə nail olduq. Son bir həftədə dollara nisbətdə xarici valyuta vahidləri içərisində ən çox dəyər qazanan Türk lirəsi oldu. Bu azalma sürətlənərək davam edəcək" deyə danışdı.
 
Әlaqәli Xәbәrlәr