Türk Hava Yolları Türkiyənin ən qiymətli markası oldu

Beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance” “Türkiyənin ən qiymətli markaları-Turkey 100” fəaliyyətinin sayca 11-ni yekunlaşdırdı.

986467
Türk Hava Yolları Türkiyənin ən qiymətli markası oldu

Türkiyənin ən qiymətli markası Türk Hava Yollarıdır (THY).

Beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance” “Türkiyənin ən qiymətli markaları-Turkey 100” fəaliyyətinin sayca 11-ni yekunlaşdırdı.

Siyahıda ilk yeri 2 milyard 42 milyon dollarlıq marka qiymətilə THY tutduqda, onu 1 milyard 907 milyon dollarlıq marka qiymətilə keçən ilin çempionu telekommunikasiya şirkəti Türk Telekom izlədi.

Siyahıda üçüncü yeri “Turkcell”, dördüncü yeri “Ak bank”  beşinci yeri “Garanti bank”, altıncı yeri “Ziraat Bank”, digərləri isə “İş bank”, “”Arçelik”, “Yapı Kredi bank” və “”Ford otosan” oldu.

Fəaliyyətin nəticələrinə görə Türkiyənin ən qiymətli yüz markasının cəmi qiyməti 27, 5 milyard dollardır.



Әlaqәli Xәbәrlәr