Türkiyənin ilk qazma gəmisinin adı “Fateh” oldu

Enerji və təbii sərvətlər naziri Berat Albayrak Türkiyənin ilk qazma gəmisinə “Fateh” adının qoyulduğunu söylədi.

983216
Türkiyənin ilk qazma gəmisinin adı “Fateh” oldu

Enerji və təbii sərvətlər naziri Berat Albayrak Türkiyənin ilk qazma gəmisinə “Fateh” adının qoyulduğunu söylədi.

“Qazma gəmisini Aralıq dənizinə yola salma mərasimi” Dilovası Beldeport limanında keçirilib.

Enerji və təbii sərvətlər naziri Berat Albayrak mərasimdə etdiyi çıxışda “Qazma gəmimizə güclü mirasımızı yaşatması və yeni dövrü başlatması üçün “Fateh” adını qoyduq” deyib.

“2600 metr dərində Antalya sahillərində ilk qazma işini cari ilin yay fəslində başlatmaq üçün “Fateh” i yola salırıq” deyə vurğulayan nazir bildirib: “Qara dənizdə də fəaliyətlərimizi davam etdirəcəyik. Bunun üçün ikinci gəmimizi cari il ərzində “Türkiyə Petrolleri Anonim Ortaqlığı” nın porfelinə daxil edib dənizlərimizdə qazma işlərini davam etdirəcəyik.”



Әlaqәli Xәbәrlәr