Putin: "Türk Axını" layihəsi ilə bağlı türkiyəli ortaqlarımızla mütəmadi məsləhətləşmələr aparırıq"

Rusiya prezidenti Vladimir Putin "Türtk Axını" təbii qaz boru kəməri layihəsinin Avropa marşrutu barəsində Türkiyə ilə məsləhətlər apardıqlarını bildirdi.

982620
Putin: "Türk Axını" layihəsi ilə bağlı türkiyəli ortaqlarımızla mütəmadi məsləhətləşmələr aparırıq"

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Bolqarıstanın Baş naziri Boyko Borisov ilə keçirdiyi görüşdən sonra mətbuat konfransı keçirdi.

Putin mətbuat konfransında görüşdə "Türk Axını" təbii qaz boru kəməri layihəsinin də müzakirə olunduğunu bildirərək: "Layihədə Avropaya uzanacaq kəmərin marşrutu ilə bağlı türkiyəli ortaqlarımızla mütəmadi məsləhətləşmələr aparırıq. Bolqarıstan bu məsələdəki alternativlərimizdən biridir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da bir gün əvvəl etdiyimiz telefon danışığında bunu təsdiq etdi. Türk və bolqar dostlarımızla birlikdə bu məsələ üzərində işləyirik"dedi.

Bolqarıstanın Baş naziri Boyko Borisov da "Türk Axını" layihəsində ikinci xəttin Bolqarıstana qədər uzadılmasını arzu etdiklərini bildirdi.

Qeyd edək ki, Rusiya qazını Türkiyəyə, oradan da Avropaya nəql edəcək "Türk Axını" təbii qaz boru kəməri hər biri illik 15,75 milyard kubmetr həcmə malik iki xətdən ibarətdir.

 

 

 



Әlaqәli Xәbәrlәr