“Rusiya ilə viza mərhələ-mərhələ qalxır”, M.Çavuşoğlu

M.Çavuşoğlu deyib: “Turizm sektoru yalnız Antalyamız üçün deyil, bütövlükdə ölkəmiz və mili mənfəətimiz üçün çox əhəmiyyətlidir..."

980834
“Rusiya ilə viza mərhələ-mərhələ qalxır”, M.Çavuşoğlu

  Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyinin rəhbər şəxsləri və Antalyada turizm sektoru nümayəndələrilə Antalyada oteldə bir araya gəlib. Turizm investisiyalarıla bağlı toplantıda Antalya valisi Münir Karaloğlu və şəhər bələdiyyə sədri Menderes Türel də iştirak edib.

  Toplantıda çıxış edən M.Çavuşoğlu deyib: “Turizm sektoru yalnız Antalyamız üçün deyil, bütövlükdə ölkəmiz və mili mənfəətimiz üçün çox əhəmiyyətlidir. Bu sektorun inkişafı, tərəqqisi üçün 16 ildir ki, rəhbərimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi altında çox mühüm irəliləyişlər əldə etdik, infrastruktur sərmayələri artırdıq və problemlərin həlli üçün səy göstərdik… 2023-cü ildə respublikamızın 100-cü ildönümündə “50 milyon turist, 50 milyard dollar gəliri” hədəfimiz var. Bu hədəfə addım-addım gedirik… Kənd təsərrüfatı sektorunun milli gəlir ağırlığı və ixracı artırmağa yönəlik fəaliyyətimiz də öz axarı ilə gedir. Rusiya ilə baş verən təyyarə düşmə hadisəsindən sonra mərhələ-mərhələ kənd təsərrüfatı məhsullarının önündəki maneələr qalxmağa başlayır. Ən son pomidorla bağlı şirkət məhdudlaşdırmasını aradan qaldırdıq. Artıq heç bir maneə yoxdur, demək olar ki. Bircə maneə var, o da vizadır. Viza da mərhələ mərhələ düzəlir. Bu məsələdə Rusiyaya anlaşmamız var. Bir neçə ilə pasportsuz səyahətə başlamağı planlaşdırırıq.”



Әlaqәli Xәbәrlәr