Türkiyəyə məxsus enerji gəmisi Sudanda elektirik enerjisi istehsal edir

Türkiyəyə məxsus enerji gəmisi Sudanda elektirik enerjisi istehsalını başlatdı.

976519
Türkiyəyə məxsus enerji gəmisi Sudanda elektirik enerjisi istehsal edir

Türkiyəyə məxsus enerji gəmisi Sudanda elektirik enerjisi istehsalını başladıb.

“Qaradəniz Holding” in iştirakı ilə “Karpowership”ə məxsus “Qaradəniz Powership Rauf bəy” adlı üzən enerji gəmisi Sudanda elektirik enerjisi istehsal edir.

Şirkət Türkiyənin enerji texnologiyaları sahəsindəki təcrübəsini Afrikaya aparır.

180 meqavat gücündəki gəmi Sudan “Thermal Power Generating Company” ilə imzalanan elektirik enerjisi satın alma sazişi çərçivəsində milli şəbəkəyə elektirik enerjisi təmin edir.

Sudan ilə edilən əməkdaşlıq Qana, Mozambik, Zambiya, Qambiya və Sierra-Leonadakı layihələrdən sonra “Karpowership”in Afrikadakı altıncı layihəsidir.  

“Karpowership” daha çox inkişaf etmək və irəliləyiş təmin edə bilmək üçün qlobal enerji gəmisi işini böyütməyə üstünlük verdikdə, Qitədəki layihələrini davam etdirəcək.

Qeyd edək ki, “Karpowership” tərəfindən Sudanda elektirik enerjisi təmin edilməsi məqsədilə keçən ay saziş imzalandığı elan edilib.



Әlaqәli Xәbәrlәr