Türkiyə ilə İran arasında dollar və avro əvəzinə milli pul istifadəsi müzakirə olundu

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İran prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizini qəbul edib.

972560
Türkiyə ilə İran arasında dollar və avro əvəzinə milli pul istifadəsi müzakirə olundu

   R.T.Ərdoğan M.Vaizilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının Baş İdarəsində bir araya gəlib.  

  Türkiyə ilə İran arasındakı ticarətdə dollar və avro əvəzinə milli pul istifadəsi mövzusunda olan söhbətdə Türkiyə Mərkəzi Bankı İdarə Heyətinin sədri Murat Çetinkaya da iştirak edib.

  Qeyd edək ki, Ərdoğan 4 oktyabrda rəsmi səfərdə olduğu İranda həmkarı Həsən Ruhani ilə birgə olan mətbuat konfransında demişdi: “Mərkəz banklarımız başda olmaqla maliyyə sektoruna bir canlanma, hərəkətlilik gətirmək qərarına gəlmişik. Bununçün iqtisadi əlaqələrimizi mövcud dollar təzyiqindən xilas etmək üçün yerli pulla mübadilə aparmaq fikrini həyata keçirməyə qərar verdik".



Әlaqәli Xәbәrlәr